Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının strukturu formalaşdırılır
Okt 19, 2015 | 11:28 /
Oxunub ( 1070 )

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının strukturu formalaşdırılır. Bu barədə Simsar.az-a Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib.

Onun sözlərinə görə, artıq Komissiyanın ilk iclası keçirilib və görüləcək işlər müəyyənləşib. Yanvarın ortalarında isə Komissiyanın respublika səviyyəli geniş iclası çağırılacaq.

S. Sadıqova deyib ki, Terminologiya Komissiyasının əvvəlki 16 bölməsi yenə də fəaliyyətini davam etdirəcək, lakin o bölmələrin tərkibi və sədrləri dəyişəcək. Bölmələr yeni strukturlar kimi formalaşacaq. Mətbuatda dövlətdilinin işlənməsinə nəzarət etmək üçün xüsusi Monitorinq Qrupları yaranacaq. Komissiyanın daimi fəaliyyət göstərən İşçi Qrupu da yaradılacaq. Dövlət dili ilə bağlı ölkədə konfransların, forumların keçirilməsi işçi qrupun nəzarəti altında həyata keçiriləcək. Komissiya tərəfindən yeni bülletenler yaranacaq, yeni qəbul edilmiş terminlər o bulletenlərdə çap ediləcək və müxtəlif təşkilatlara göndəriləcək.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.