Terminologiya Komissiyası: "Azərbaycanda ad dəyişməyin hüquqi cəhətləri aydın deyil"
Okt 19, 2015 | 11:33 /
Oxunub ( 1309 )

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına ad və soyadları dəyişməklə bağlı müraciətlərin sayı artıb.

 

Bu barədə APA-ya açıqlamasında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, soyadlarla əlaqədar müraciətlərdə əsasən soyad dəyişdirilməsinə yerli VVAQ şöbələrində düzgün istiqamət verilmədiyi və süründürməçilik edildiyi haqqında şikayətlər yer alır: “Adlara dair müraciətlərdə isə vətəndaşlar daha çox ad dəyişmənin hüquqi prosedurları ilə maraqlanırlar. Qeydiyyat idarələrindən birinin müdiri Terminologiya Komissiyasına müraciət edərək “Asudə” adlı qadının öz adını “Marufey” qoymaq istəməsinin qarşısını necə almağın yolunu soruşurdu. Bu tipli müraciətləri cavablandırmaq üçün gərək ad və soyad dəyişməyin hüquqi nüansları aydınlaşsın. Azərbaycanda ad dəyişməyin hüquqi cəhətləri aydın deyil. Ədliyyə Nazirliyi və Terminologiya Komissiyasının nəzdindəki Adlar və Soyadlar Komissiyası həmin nüansları birlikdə aydınlaşdırmalıdır”. 

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.