“İzahlı terminlər lüğəti”nin birinci cildində 2.500 yeni termin toplanıb
Fev 18, 2016 | 03:00 /
Oxunub ( 1088 )

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova və dosent Sima Quliyevanın birgə hazırladiqları “İzahlı terminlər lüğəti”nin birinci cildi nəşr olunub.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının və Dilçilik İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilən lüğətdə elm və texnikanın müxtəlif sahələrində işlənən 2.500 yeni termin toplanıb, onların izahı verilib.

Nəşrin baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktorları AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, mərhum akademik Tofiq Hacıyev, rəyçiləri professor B.Xəlilov və filologiya elmləri doktoru İ.Abbasovdur.

Lüğətdən müxtəlif sahə mütəxəssisləri, doktorantlar və elmi işçilər istifadə edə bilərlər.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.