“Dilçilik İnstitutunun əsərləri” jurnalının yeni nömrəsi çapdan çıxıb
İyl 17, 2017 | 11:30 /
Oxunub ( 1111 )

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Dilçilik İnstitutunun əsərləri” jurnalının yeni nömrəsi çap olunub.

Jurnalın baş redaktoru institutun direktoru, akademik Möhsün Nağısoylu, buraxılışa məsul şəxs isə institutun elmi işçisi Vəfa İbişovadır.

Dilçilik elminin tanıdılmasında böyük rol oynayan jurnalın bu nömrəsində dil tarixi və dialektologiya, Azərbaycan dili və terminologiya, nəzəri dilçilik, türk dillərinə aid məqalələr dərc edilib.

Bundan əlavə, nəşrdə görkəmli şərqşünas, “Tuti Bikə” mükafatına layiq görülən tədqiqatçı ailim, Sosiolinqvistika və dil siyasəti şöbəsinin baş elmi işçisi, professor Roza Eyvazovanın 80 illik yubileyinə aid məqalələr yer alıb.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.