AMEA-nın əməkdaşları üçün ərzaq və kənd təsərrüfatı yarmarkası təşkil olunub
May 25, 2018 | 12:38 /
Oxunub ( 1366 )

AMEA-nın Azad Həmkarlar İttifaqı və Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademiyanın əməkdaşları üçün yarmarka təşkil olunub.

Akademiya şəhərciyində təşkil olunan yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara 30 adda müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilir.

Bir gün davam edəcək yarmarkada məhsullar bazar qiymətindən 30 faiz ucuz satılır.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.