2019-cu ildə IV Beynəlxalq “Böyük Çöl” Humanitar Forumu
İyn 27, 2019 | 02:07 /
Oxunub ( 1619 )

Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Türk Akademiyasının təşkilatçılığı ilə 24-26 iyun 2019-cu ildə IV Beynəlxalq “Böyük Çöl” Humanitar Forumu keçirilmişdir. Həmin Forumda  AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, həmin İnstitutun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova iştirak etmişdir. Forumun bir bölməsi Azərbay­ca­nın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə  həsr olunmuşdur. Həmin bölməyə  aka­de­mik M.Nağısoylu və İndiana Universitetinin professoru N.Şahrani rəhbərlik etmişdir.  Akademik M.Nağısoylu “Türk ədəbiyyatında Nəsiminin yeri” adlı məruzə ilə çıxış etmişdir. Forum çərçivəsində türkdilli ölkələrdə terminologiyanın inkişafını təmin etmək məqsədilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyədən gəlmiş terminoloqların birgə iclası keçirilmiş­dir. Bu iclasın məqsədi türkdilli ölkələrdə terminologiyanın inkişafını koordinasi­ya etmək, mütəxəssislərin qarşılıqlı əlaqələrini artırmaq, ortaq terminlə­rin yaradıl­ma­sı prinsiplərini müəyyənləşdirmək­dir. Bu məsələlərin həlli üçün “Dil və terminologiya” daimi komissiyası təsis edilmişdir. Tədbirdə Azərbaycan Respub­li­ka­sı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini prof. S.A.Sadıqova “Terminoloji sistemin formalaşması və ona təsir edən amillər” adlı məruzə ilə çıxış etmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.