“Almanca-azərbaycanca lüğət”
Yan 21, 2016 | 02:35 /


Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2007, 648 səh.

“Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu lüğət orta məktəblərdə, eləcə də ali məktəblərdə alman dilinin tədrisinə, eyni zamanda geniş oxucu kütləsinin alman dilini öyrənmək tələbatına uyğun olaraq tərtib olunmuşdur. Lüğət, əsasən, alman dilini öyrənənlərə alman bədii ədəbiyyatını, ictimai-siyasi, elmi-kütləvi ədəbiyyatı, qəzet və jurnalları oxuyub tərcümə etməyə kömək məqsədi daşıyır. Lüğətdə müxtəlif elm sahələrinə (texnika, təbiyyat elmləri, incəsənət, ədəbiyyat, ictimai elmlər və s.) aid sözlər toplanmışdır. Lüğətə təxminən 40000 söz və söz birləşməsi daxil edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.