“Azərbaycan dilinin antonimlər lüğəti”
Yan 21, 2016 | 04:32 /


Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2007, 144 səh.

“Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu kitabda antonimlər – mənaca bir-birinə əks olan sözlər toplanmışdır. Onların hamısı bədii əsərlərdən gətirilən misallarla təqdim olunur. Burada ancaq müxtəlif köklü leksik antonim cütlüklər (ağ-qara, xeyir-şər, girmək-çıxmaq) verilmişdir. Dilimizin lüğət tərkibinin zənginləşməsində, bədii ifadə vasitəsi kimi fikrin obrazlı, aydın və dəqiq ifadəsində antonimlərin özünəməxsus rolu vardır. Lüğət geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.