Azərbaycanca: Autentifikasiya
İzahı:

Subyektin doğrudan da özünü təqdim etdiyi şəxs olmasının yoxlanması prosesidir. Autentifikasiya sözünün sinonimi kimi çox vaxt “həqiqiliyin yoxlanması” işlədilir.

  • İstifadəçinin, qurğunun və ya sistemin digər komponentinin identifikatorunun yoxlanmasıdır; adətən sistemin resurslarına girişə icazə qərarının qəbul edilməsi üçün istifadə edilir;
  • Saxlanılan və ya ötürülən verilənlərin icazəsiz dəyişdirilməsini aşkarlamaq üçün tamlığının yoxlanılması.
English: authentication

Mənbə:

Y.N. İmamverdiyev. “İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti”. Bakı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2015, 160 səh.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.