Azərbaycanca: Back Orifice
İzahı:

Sistem administratorlarına kompüteri məsafədən (adətən, İnternetdən) idarə etməyə icazə verən alət. “Cult of the Dead Cow” (cDc) adlı haker klubu tərəfindən 1998-ci ildə yaradılmışdı, iki ildən sonra qrup BO2K və ya Back Orifice 2000 adlandırılan daha yeni versiyanı buraxmışdı. Back Orifice krekerlər tərəfindən troyan vasitəsilə yayıla bilər. Quraşdırılandan sonra hədəf kompüteri məsafədən tam idarə etməyə imkan verir.

English: Back Orifice

Mənbə:

Y.N. İmamverdiyev. “İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti”. Bakı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2015, 160 səh.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.