Azərbaycanca: Bell-LaPadula modeli
İzahı:

Təhlükəsizlik siyasətinin formal avtomat modelidir, girişin idarə edilməsi qaydaları çoxluğunu təsvir edir. Bu modeldə sistemin komponentləri təhlükəsizlik obyektlərinə və subyektlərinə bölünür. Təhlükəsiz vəziyyət anlayışı daxil edilir və isbat edilir ki, əgər hər bir keçid təhlükəsiz vəziyyəti saxlayırsa (yəni sistemi bir təhlükəsiz vəziyyətdən digər təhlükəsiz vəziyyətə keçirirsə), onda induksiya prinsipinə görə sistem təhlükəsizdir.

English: Bell-LaPadula model

Mənbə:

Y.N. İmamverdiyev. “İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti”. Bakı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2015, 160 səh.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.