Azərbaycanca: alqoritm
İzahı:

[lat. Allgorithim – orta Asiya riyaziyyatçısı Əl-Xorezmin adının forması]

1. "Alqoritm" termini IX əsrdə yaşamış və "Hesabi traktat" əsərində onluq say sistemi ilə hesablama qaydalarını işləmiş Orta Asiya riyaziyyatçısı, məhşur özbək alimi Məhəmməd ibn-Musa əl Xorezminin latınlaşdırılmış (Algorithmi) adını ifadə edir;

2. Qəti müəyyən edilmiş qaydalar üzrə tətbiq olunan əməliyyatlar sistemi;

3. Alqoritm riyaziyyatın nisbətən sadə şəkildə formal tərifi verilə bilməyən mühüm anlayışlarından biridir;

4. Müəyyən işin və məsələnin həlli üçün proseslərin, əməliyyatların ardıcıl icra edilməsi; Məsələn, riyazi, texniki, iqtisadi, sosial və s. alqoritmlər;

5. Müəyyən bir məsələnin həlli üçün atılan addımlar məcmusu.


Mənbə:

R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”. Бakı, “İnformasiya Texnologiyaları”, 2009, 201 s.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.