Azərbaycanca: analogiya
İzahı:

[yun. analogia – uyğunluq, oxşarlıq]

1. Fikir, məfhum və hadisələr arasında oxşarlıq və uyğunluq, bənzəyiş;

2. Müxtəlif əşya və hadisələr arasında qismən oxşarlıq və ya uyğunluq;

3. Ümumilikdə müxtəlif olan əşyaların, hadisələrin və anlayışların müəyyən mənalarda oxşarlığı;

4. Məntiqdə: iki əşya və ya hadisənin hər hansı cəhətdən bir-birinə bənzərliyinə əsaslanaraq, onların digər cəhətlərdən də bir-birlərinə bənzəmələri haqqında nəticə çıxarmaqdan ibarət mühakimə üsulu. Analogiya məfhumunu elmə Aristotel daxil etmişdir.


Mənbə:

R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”. Бakı, “İnformasiya Texnologiyaları”, 2009, 201 s.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.