Azərbaycanca: reverberasiya
İzahı:

Dəfələrlə əks olunması zamanı səsin intensivliyinin tədricən azalması prosesi. Reverberasiya hadisəsi bir səs mənbəyindən olan müxtəlif exo-siqnalların superpozisiyasından ibarətdir. Bəzən reverberatorların köməyi ilə bu effektin imitasiyasına da reverberasiya deyirlər. Nitqin, musiqinin yazılması, müxtəlif küy effektlərinin yaradılması zamanı süni reverberasiyanın istifadə edilməsi audiosiqnalların ümumi emalının tərkib hissəsidir. 

Русский: реверберация
English: reverberation

Mənbə:

Y.N. İmamverdiyev, L.V. Suxostat. “Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti”. Bakı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2015, 112 səh.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.