Azərbaycanca: siqnal
İzahı:

(latınca sign – işarə)

Geniş mənada “siqnal” məsafəyə ötürülən informasiyanın maddi daşıyıcısını bildirir. Dar mənada “siqnal” termini informasiya sistemində məlumatı ötürmək üçün məxsusi yaradılmış informasiya maddi daşıyıcısıdır. Siqnal parametrləri ötürülən məlumata uyğun olaraq dəyişən istənilən fiziki proses ola bilər. Determinik və ya təsadüfi siqnalın riyazi modeli siqnalın parametrlərinin dəyişməsini xarakterizə edən funksiya ilə təsvir edilir.   

Русский: Cигнал
English: signal

Mənbə:

Y.N. İmamverdiyev, L.V. Suxostat. “Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti”. Bakı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2015, 112 səh.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.