Azərbaycanca: AAA (= 3A) <tripl a> tanıma, yetkiləndirmə, uçot
İzahı:

“üç A prinsipi”. Erişim hüququnun verilməsi və ona nəzarət prosesini təsvir etmək üçün istifadə olunur.

  • Authentication (tanıma) – şəxsin (sorğunun) təhlükəsizlik sistemindəki mövcud qeydiyyat yazısı ilə tutuşdurulması. Login, parol, sertifikat, smart-kart və s. vasitəsilə həyata keçirilir.
  • Authorization (yetkiləndirmə, səlahiyyətin yoxlanması, erişim səviyyəsinin yoxlanması) – tanınmış istifadəçinin sistemdə olan qeydiyyat yazısı ilə müəyyən səlahiyyətlərin (yaxud qadağaların) tutuşdurulması. Yetkiləndirmənin nəticəsi mənfi də ola bilər (istifadəçiyə şirkətin serverinə giriş qadağan olununa bilər).
  • Accounting (uçot) – istifadəçinin işlətdiyi resursları (əsasən şəbəkə resurslarını) izləmə.

Bax:authentication, authorization.

Русский: аутентификация, авторизация, учёт
English: authentication, authorization, accounting
Türkçe: kimlik doğrulama, yetkilendirme, muhasebe

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.