Azərbaycanca: mütləq ünvan
İzahı:

1. proqramlaşdırmada: yaddaşın oyuğuna hər hansı ifadə vasitəsi ilə deyil, onun birbaşa (ədədi) ünvanını göstərməklə müraciət üsulu; məsələn, “Azadlıq küçəsindəki beşinci ev” əvəzinə “Azadlıq küçəsi, ev 5”. Bax: machine address, physical address; Tut: relative address.

2. Cədvəl proqramlarında: müəyyən yerə istinad edən və düsturun başqa yerə köçürülməsi zamanı dəyişilməyən xana ünvanı. Lotus 1-2-3 və Excel proqramında mütləq ünvanı göstərmək üçün sütün və sətir yarlığının (başlığının) qabağına dollar işarəsi yazılır. Məsələn, əgər xanaya 2*$D$7 düsturu yazılmışsa, $D$7 mütləq ünvandır. Bu düsturu başqa xanaya köçürdükdə $D$7 ünvanı dəyişilməyəcək. Tut: relative address.

 

Русский: абсолютный адрес
English: absolute address
Türkçe: salt adres

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.