Azərbaycanca: mütləq koordinatlar
İzahı:

müstəvidə və ya fəzada: koordinat başlanğıcından (koordinat oxlarının kəsişmə nöqtəsindən) hər hansı nöqtəyə qədər məsafəni xarakterizə edən koordinatlar (nöqtələr). Mütləq koordinatlardan kompüter qrafikasında diaqramların qurulması zamanı qrafikdə, yaxud ekran şəbəkəsində (məsələn, diaqramda xy oxlarına nəzərən, yaxud üçölçülü qrafik obyekti ekranda yerləşdirmək üçün x, yz oxlarına nəzərən) nöqtələrin yerini tanıtmaq (identifikasiya etmək) üçün istifadə olunur. Tut: relative coordinates; Bax: coordinate.

Русский: абсолютные координаты
English: absolute coordinates
Türkçe: mutlak koordinatlar

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.