Azərbaycanca: adi kinoçəkiliş
İzahı:

Kino praktikasında ən çox istifadə edilən çəkiliş. Çəkilmiş obyektlərin hərəkət tempinin ekranda düzgün göstərilməsi baxımından A.k.-ə ciddi tələblər irəli sürülür. Əsas tələbin yerinə yetirilməsi üçün zəruri şərt çəkiliş zamanı lentin kinoçəkiliş aparatında və kinoproyeksiya zamanı proyeksiya aparatında bərabərsürətli hərəkətidir.

English: ordinary shooting

Mənbə:

Q. Məhərrəmli. “Kino, televiziya, radio terminləri” izahlı lüğəti. Azərbaycan Milli Enslklopediyası, Nəşriyyat-poliqrafiya Birliyi, Bakı 2002

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.