Azərbaycanca: avtomatlaşdırılmış mühəndislik
İzahı:

kompüter vasitəsilə yaradılmış layihələrin texniki sınağını və analitik araşdırılmasını aparmağa imkan verən proqram. Adətən, CAE proqramları ilə bağlı olan imkanlar (məsələn, məntiqi testləmə) bəzən CAD proqramlarının da tərkibində olur, buna görə də CAD və CAE arasındakı fərqləri tam aydın ifadə olunmuş hesab etmək olmaz. bax: cad, i-case.

Русский: автоматизированное конструирование
English: CAE (computer-aided engineering)
Türkçe: bilgisayar destekli mühendislik

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.