Azərbaycanca: çağırmaq
İzahı:

proqramda idarəetmənin kodun müəyyən bir bölməsinə (çox zaman hər hansı altproqrama) verilməsi; bu zaman çağırılmış bölmənin işi başa çatdıqdan sonra əsas proqramın işinin çağırılma nöqtəsindən davam etdirilməsi üçün bütün informasiyalar yadda saxlanılır. Bəzi dillərdə (FORTRAN kimi) CALL deyimi nəzərdə tutulub; digər dillərdə (C və Pascal kimi) prosedurun və ya funksiyanın adı gələn kimi onun çağırılması baş verir. Assembler tipli dillərdə idarəetmənin ötürülməsinin bir neçə yolu olur. Çağırılan altproqrama çox zaman bir və ya bir neçə qiymət (arqument və ya parametr) göndərilir ki, onlar orada ya istifadə olunsun, ya da dəyişdirilsin. Bax: argument, calling sequence, parameter.

Русский: вызывать
English: call
Türkçe: çağırmak

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.