Azərbaycanca: geri çağırış modemi
İzahı:

gələn çağırışa cavab vermək əvəzinə, çağıran abonentin kod yığmasını və “otboy” verməsini tələb edən, bununla da çağırışı geriyə qaytarmaq imkanı verən modem növü. Sonra modem çağıran abonentin kodunu mövcud telefon nömrələrinin siyahısına görə yoxlayır. Əgər alınmış kod qeydiyyatda olan hər hansı nömrəyə uyğun gəlirsə, modem həmin nömrəni yığır və çağıran abonentlə birləşmə yaradır. Belə modemlərdən icazəsiz (sanksiyasız) erişimlərdən qorunmaq məqsədilə istifadə olunur.

Русский: модем с обратным вызывом
English: callback modem
Türkçe: geri arama modemi

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.