Azərbaycanca: “qızçiçəyi zənciri”, şleyf qoşulması
İzahı:

kompüterə bir neçə qurğunun ardıcıl qoşulması üsulu. “Qızçiçəyi zənciri” aşağıdakı kimi gerçəkləşdirilir: birinci qurğu kompüterə qoşulur, ikinci qurğu birinciyə, üçüncü qurğu ikinciyə qoşulur və s., sonuncu qurğu isə müqavimətə, yaxud terminatora qoşulur. Məsələn, bir SCSI-porta zəncirvari olaraq sərt disklər cə CD-ROM kimi yeddiyədək periferiya qurğusu qəşulur. Siqnallar zəncir boyu bir qurğudan sonrakına ötürülür. Son nəticədə bütün qurğuların qoşulduğu kanaldan (şindən) istifadə üstündə toqquşmalardan qaçmaq və nizamlılığı saxlamaq üçün qurğuların hər birinə öncəlik (prioritet) verilir; başqa variant da mümkündür, belə ki, hər bir qurğu “kanala” qulaq asır və yalnız xətt boşaldıqca verilişə başlayır.

Русский: шлейфовое подключение
English: daisy-chain
Türkçe: papatya dizimi

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.