Azərbaycanca: qızçiçəyi çarxı
İzahı:

ləçəkli printerlərdə istifadə olunan çarxşəkilli çap elementi; liter formalarından ibarətdir və onların hər biri mərkəzi topa bərkidilmiş qolda yerləşirlər; bütün konstruksiya ləçəkli qızçiçəyinə oxşayır. Hər hansı simvolu çap etmək lazım olduqda, printer “qızçiçəyi”nin çarxını elə fırladır ki, lazım olan liter toxmaqcıqla kağızın arasında olsun, və literi kağıza vurur. Bax: daisy-wheel printer, thimble printer.

Русский: “ромашка”, лепестковый литероноситель
English: daisy wheel
Türkçe: papatya çarklı

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.