Azərbaycanca: ləçəkli printer
İzahı:

çap hissəsi “qızçiçəyi” şəklində olan printer. Belə printerlərdə boyayıcı və ya qrafit lentdən istifadə edildiyindən, çap olunmuş hərflər aydın və azca qabarıq alınır, həm də simvollar yazı makinasında çap olunmuş kimi görsənir. Lazer printerlərinin geniş istifadəsinədək ləçəkli printerlər yüksək keyfiyyətli çap almaq üçün əsas vasitə olub. Bax: daisy whell, thimble, thimble printer.

Русский: лепестковый принтер
English: daisy-wheel printer
Türkçe: papatya çarklı yazıcı

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.