Azərbaycanca: dempferləmə, söndürmə
İzahı:
sxemin və ya qurğunun cavab siqnallarının sıçrayışlarının (müəyyən olunmuş həddi keçmələrinin) qarşısının alınması üsulu. Məsələn, gücləndiricinin sxeminə elə elementlər qoşula bilər ki, çıxış siqnalını azaltmaqla, ona böhran həddini keçməyə imkan verməsin.
Русский: демпфирование, гашение
English: damping
Türkçe: sönümleme
Mənbə:
İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.