Azərbaycanca: exo, əks-səda
İzahı:

1. Rabitə sistemlərində: göndərilmiş siqnalın hiss olunacaq intensivliklə mənbəyə qayıtması. Yayılma mühitində maneələrdən əks olunan dalğa. Çox zaman verilmiş siqnala nisbətən desibel’lə (db) ölçülür. Bax: echo cancellation, echoplex.

2.Klaviaturanın basılan klavişinə uyğun simvolun displeyin ekranında əks olunması. 

Русский: эхо, отражение
English: echo
Türkçe: yankı

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.