Azərbaycanca: kəsilməz enerji qaynağı
İzahı:

kompüter (yaxud başqa elektron qurğu) ilə qida mənbəyi (adətən, məişət elektrik şəbəkəsi) arasına qoşulan və elektrik enerjisinin kəsilməsi nəticəsində kompüterə daxil olan cərəyanın kəsilməməsinə, bununla da kompüterin mümkün zədələnmələrdən qorunmasına təminat verən qurğu. UPS-lərin müxtəlif modelləri müxtəlif müdafiə səviyyələri təklif edir. UPS-lərin hamısı batareya və cərəyanın itməsini bildirən indikatorla təchiz olunur; indikator işə düşəndə UPS-in gərginliyi dərhal onun batareyasına keçir ki, istifadəçi işinin nəticəsini saxlaya və kompüteri normal söndürə bilsin. Batareyanın cərəyanı saxlama müddəti UPS-in modelindən asılıdır. Daha mükəmməl modellərdə verilən elektrik enerjisinin süzgəcdən keçirilməsi, gərginliyin titrəyişindən mürəkkəb qorunma imkanları vardır. Bundan başqa, belə modellərdə əməliyyat sisteminin UPS ilə qarşılıqlı əlaqədə olması üçün ardıcıl port vardır ki, bu da xarici enerji təchizatı kəsildikdə sistemi avtomatik söndürməyə imkan verir. Bax: blackout, brownout.

Русский: источник бесперебойного питания, ИБП
English: Uninterruptible Power Supply
Türkçe: kesintisiz güç kaynağı

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.