Azərbaycanca: obyekt
İzahı:

1. Obyekt (maşın) kodunun qısaldılmış adı. Bax: object code.

2. Obyekt-yönlü proqramlaşdırmanın əsas anlayışlarından biri. Varislik, inkapsulyasiya və polimorfizm xassələrinə malik mürəkkəb verilənlər strukturu. Verilənləri və onlar üzərində əməlləri (metodları) özündə birləşdirir. Obyektin verilənlər strukturu və metodlarının reallaşdırılması sistemdəki başqa obyektlər üçün görünməz olur. Obyektlər öz aralarında qarşılıqlı əlaqədə olur. Bunun üçün bir obyekt obiri obyektin metodunu çağırmaqla ona məlumat göndərir. Obyektlər proqram sisteminin qurulmasında əsas vahiddir. Ortaq xassələri və metodları olan obyektlər bir sinifdə birləşirlər. Çox zaman “obyekt” termini “nüsxə” sözünün sinonimi kimi yozulur, ancaq bəzən sinfi göstərmək üçün də istifadə oluna bilər. Bax: class, collection, encapsulation, inheritance, instance, object conversion, object interface, object model, object-oriented programming, odl, polymorphism.

3. Kompüter qrafikasında: görüntünün ayrıca elementi.

Русский: объект
English: object
Türkçe: nesne

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.