Azərbaycanca: səkmə klavişi, tabulyasiya klavişi –
İzahı:

klaviaturada: üzərində iki ox şəkli (bir sola, obiri sağa yönəli), yaxud, sadəcə, Tab qeyd olunmuş klaviş. Bu klavişdən ənənəvi olaraq (məsələn, mətn prosessorunda) sənədə tabulyasiya simvolları daxil etmək üçün istifadə olunur. Başqa tətbiqi proqramlarda tabulyasiya klavişi çox zaman ekranda seçdirilmiş elementi bir yerdən başqa yerə aparmaq üçün istifadə olunur. Menyu sisteminin istifadə edildiyi proqramlarda menyu bəndinin birindən başqasına keçmək üçün, adətən, tabulyasiya klavişindən istifadə olunur; verilənlər bazası və elektron cədvəllərin əksəriyyətində tabulyasiya klavişi basıldıqda seçilmiş elementin göstəricisi (işıqlanma, kursor, çərçivə və s.) yazı hüdudunda, yaxud xanalar arasında hərəkət edir. Bax: tab character.

Русский: клавиша табуляции
English: Tab key
Türkçe: sekme tuşu, Tab tuşu

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.