Azərbaycanca: aksiom
İzahı:

[yun. axioma – qəbul edilmiş müddəa, axioo – layiq bilirəm]

1. Riyaziyyatda sübutsuz qəbul edilən fikir;

2. Ümumiyyətlə, məcazi mənada dəlillə, sübuta ehtiyacı olmayan həqiqət;

3. İsbatsız qəbul edilən düşüncə, fikir;

4. Müəyyən nəzəriyyənin deduktiv quruluşunda sübüt edilməyən, lakin həmin nəzəriyyənin digər təkliflərinin sübutunun çıxış nöqtəsi, əsası kimi qəbul olunan nəzəri təklif. Aksiom kimi, adətən, nəzərdən keçirilən nəzəriyyənin elə təklifləri götürülür ki, bunların düzgünlüyü artıq məlumdur, yaxud həmin nəzəriyyə daxilində düzgün sayıla bilər;

5. Təsdiqə, sübuta ehtiyacı olmayan fikir və ya müddəa. “Aksiom” terminini ilk dəfə Aristotel işlətmişdir.


Mənbə:

R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”. Бakı, “İnformasiya Texnologiyaları”, 2009, 201 s.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.