avtomatlaşdırılmış informasiya sisteminin təhlükəsizliyi

AIS-i xidmətdən imtinadan və AİS və verilənləri icazəsiz (bilərəkdən və ya təsadüfi) aşkarlanmaqdan, modifikasiyadan və ya məhv edilməkdən mühafizə edən idarəetmə və nəzarət tədbirlərinin məcmusu.

Ətraflı...
avtorizasiya

İstifadəçiyə, proqrama və ya prosesə giriş hüquqlarına əsaslanan girişin verilməsi də daxil olmaqla hüquqların verilməsi.

Ətraflı...
avtorizasiya sərhədi

İnformasiya sisteminin səlahiyyətli şəxs tərəfindən əməliyyat üçün avtorizasiya edilməli olan bütün komponentləri; informasiya sisteminin qoşulduğu və ayrıca avtorizasiya edilən sistemlər bura daxil edilmir.

Ətraflı...
Back Orifice

Sistem administratorlarına kompüteri məsafədən (adətən, İnternetdən) idarə etməyə icazə verən alət. “Cult of the Dead Cow” (cDc) adlı haker klubu tərəfindən 1998-ci ildə yaradılmışdı, iki ildən sonra qrup BO2K və ya Back Orifice 2000 adlandırılan daha yeni versiyanı buraxmışdı. Back Orifice krekerlər tərəfindən troyan vasitəsilə yayıla bilər. Quraşdırılandan sonra hədəf kompüteri məsafədən tam idarə etməyə imkan verir.

Ətraflı...
bakteriya

Özünü e-poçt vasitəsilə hər bir abonentin ünvan siyahısında olan bütün şəxslərə göndərən proqram.

Ətraflı...
bayraq toplanması

Məsafədəki kompüterdə işləyən servislər haqqında məlumat toplamaq üçün istifadə edilən fəaliyyət.

Ətraflı...
baza təhlükəsizlik səviyyəsi

İnformasiya sisteminin konfidensiallıq, tamlıq və əlyetərlik üçün müəyyən edilmiş tələbləri əsasında tələb edilən minimal təhlükəsizlik mexanizmləri.

Ətraflı...
Bell-LaPadula modeli

Təhlükəsizlik siyasətinin formal avtomat modelidir, girişin idarə edilməsi qaydaları çoxluğunu təsvir edir. Bu modeldə sistemin komponentləri təhlükəsizlik obyektlərinə və subyektlərinə bölünür. Təhlükəsiz vəziyyət anlayışı daxil edilir və isbat edilir ki, əgər hər bir keçid təhlükəsiz vəziyyəti saxlayırsa (yəni sistemi bir təhlükəsiz vəziyyətdən digər təhlükəsiz vəziyyətə keçirirsə), onda induksiya prinsipinə görə sistem

Ətraflı...
biometrik şablon

Biometrik informasiyanın xüsusiyyətlәri (məsələn, barmaq izindә xırda nöqtələr).   

Ətraflı...
biometriya

Şəxsin həqiqiliyini avtomatik yoxlamaq üçün barmaq izi, gözün qüzehli qişası, səs və s. kimi fərdi xarakteristikaları əks etdirən spesifik atributların istifadəsi ilə bağlı olan identifikasiya texnologiyaları.

Ətraflı...
Cəm : 82
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.