giriş növü

Müəyyən qurğuya, proqrama, fayla və s. giriş hüququnun mahiyyəti (adətən, oxumaq, yazmaq, yerinə yetirmək, əlavə etmək, modifikasiya etmək, silmək). 

Ətraflı...
giriş səviyyəsi

Təhlükəsizlik səviyyəsi nişanının verilənlərin kritikliyinin və ya subyektlərin şəffaflığının identifikasiyası üçün istifadə edilən iyerarxik hissəsidir. Giriş səviyyəsi qeyri-iyerarxik kateqoriyalarla birlikdə təhlükəsizlik səviyyəsini təşkil edir. 

Ətraflı...
girişin idarə edilməsi (girişə nəzarət)

Sistemin resurslarına girişin məhdudlaşdırılması prosesidir, yalnız icazə verilmiş proqramlara, proseslərə və ya başqa sistemlərə (şəbəkədə) girişə imkan verilir.

Ətraflı...
girişin idarə edilməsi mexanizmi

Avtomatlaşdırılmış sistemlərdə icazəsiz girişi aşkarlayan, onun qarşısını alan və qanuni girişə icazə verən avadanlıq və ya proqram təminatı, sistem proseduru, administrator proseduru və onların müxtəlif kombinasiyalarıdır.

Ətraflı...
hava boşluqlu şəbəkə

İnternet daxil olmaqla, heç bir başqa şəbəkəyə qoşulmayan və verilənlərin yalnız daxildə ötürülməsinə icazə verən şəbəkə.

Ətraflı...
hesab biçini

Çox vaxt e-poçt reklamı vasitəsilə başqalarına nəyisə satmağa və ya onları aldatmağa çalışan kompüter spamçılarını, fərdləri göstərmək üçün istifadə edilir.

Ətraflı...
hesabatlılıq

Müəyyən hərəkətlərə görə cavabdehliyi müəyyən etmək üçün sistemin subyektlərinin fəaliyyətini qeyd etməyə və onları fərdi identifikatorlarla əlaqələndirməyə imkan verən sistem xassəsi.

Ətraflı...
hücum

Müdafiə sistemindən keçmək cəhdləri. Hücum verilənlərin dəyişdirilməsinə gətirməklə aktiv və ya passiv ola bilər. Hücumun həyata keçirilməsi faktı hələ onun uğurlu olması demək deyil. Hücumun uğur dərəcəsi sistemin zəifliyindən və təhlükəsizlik mexanizmlərinin effektivliyindən asılıdır.

Ətraflı...
hücum qrafı

düşmənin sistemi sındırmaq üçün boşluqları istismar edə biləcəyi ardıcıllığı təsvir edir.

Ətraflı...
hücum siqnaturası

İcazəsiz giriş cəhdini göstərən hadisələrin spesifik ardıcıllığı.

Ətraflı...
Cəm : 82
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.