adekvat təhlükəsizlik

 Qüvvədə olan normativlərlə təyin edilmiş minimum tələblərə cavab verən təhlükəsizliyin  münasib səviyyəsidir. 

 

Ətraflı...
anizotrop filtrləmə

Anizotrop filtrləmə kameraya nisbətən çox meylli olan üçölçülü (3D) qrafik şəkillərin səthlər üzərində teksturasının keyfiyyətini artırmaq üçün istifadə edilən metoddur.

Ətraflı...
arı alqoritmi

Arı alqoritmi optimallaşdırma məsələlərinin ən səmərəli həlli yollarını axtarmaq üçün bal arılarının qida axtarışı strategiyasını təqlid edir. Arı alqoritmi verilmiş vaxt intervalında və ya faydalı həll tapılana qədər inisializasiya prosedurundan və əsas axtarış  dövründən ibarətdir. 

Ətraflı...
asimmetrik kriptoqrafiya

Açıq açarlı kriptoqrafiya - bir cüt açara (açıq və gizli) malik olub alqoritmin müxtəlif mərhələləri üçün hər bir cütlüyün müxtəlif komponentindən istifadə edən müasir kriptoqrafiya sahəsidir. 

Ətraflı...
Asimmetrik müharibə (İnformasiya hücumu növlərindən biri).

Asimmetrik müharibə resursları əhəmiyyətli dərəcədə fərqli olan iki döyüşən tərəfin münaqişəsini təsvir edir və bu mübarizə zamanı rəqiblər bir-birinin spesifik zəif cəhətlərindən istifadə etməyə çalışırlar.

Ətraflı...
Atom fidləri. ML əsasında, kontentlə mübadilə etməyə imkan verən protokol.

Atom fidləri kanal (ünvan, ad, müəlliflik və s.) haqqında meta verilənləri, həmçinin xəbərlər yerləşdirilmiş istənilən sayda elementləri (başlıqlar, tam mətnli məqalələr, sitatlar, xülasələr, veb-saytda məzmuna istinadlar) özündə əks etdirirlər. Atom fidləri istifadəçini müxtəlif veb-saytlarda yeni məqa

Ətraflı...
Atom nəşr protokolu


Atom Nəşr Protokolu (AtomPub, Atom Publishing Protocol)  HTTP  protokolu (HyperText Transfer Protocol) əsasında yaradılmış və Veb-saytlarda toplanmış resursların modifikasiyası və silinməsinə (yəni səbəkə resurslarının yenilənməsinə) imkan verən protokoldur. 

Ətraflı...
bakterial yemləmə optimallaşdırma alqoritmi (BYOA)

BYOA çox mürəkkəb və həlli mümkün olmayan ədədi minimallaşdırma və ya maksimallaşdırma məsələlərinin təqribi həllini  tapmaq üçün istifadə olunan maraqlı süni intellekt metodudur. BYOA səmərəli determinant yanaşma mümkün olmadığı halda ədədi məsələlərin optimal həllini tapmaq ü&ccedi

Ətraflı...
bit xəritəsi

Bit xəritəsi  ardıcıllıqla yazılmış ikilik sıraların yığımı, yəni bitlərdən ibarət ardıcıllıqdır (massivdir). Rəqəmsal təsvirlərdə bit xəritəsi - təsvirin (piksellərin) elementlərinin qiymətlərini saxlayan matrisdir.

Ətraflı...
blok filtrləmə

Əslində bu  filtrləmə metodu deyil termindir. O, tekstur formalı (xarici əlamətinə uyğun) obyektlərdə böyük "bloklu" piksellərin ortaya çıxdığını  təsvir edir.

Ətraflı...
Cəm : 12
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.