akustika

(yunanca akustikos – eşitmə)

Səsin fiziki hadisə kimi öyrənilməsi ilə məşğul olan elm sahəsidir.

Ətraflı...
amplitud

Müəyyən qanun üzrə rəqs edən dəyişənin orta qiymətdən və ya şərti sıfır qəbul edilmiş müəyyən qiymətdən ən böyük uzaqlaşmasıdır; siqnalın baxılan anda kəmiyyət qiymətidir.

Ətraflı...
desibel (dB)

İntensivliyin nisbi dəyişməsinin loqarifmik miqyasda ölçü vahididir. Desibel Bel-in onda biridir (1 dB=0.1 Bel). İntensivliyi desibeldə IdB= 10 lg(I1/I0) düsturu ilə hesablamaq olar, burada I1 – intensivliyin ölçülmüş qiyməti, I0 – intensivliyin bazis kimi götürülmüş qiymətidir.

Ətraflı...
fon, fona

[yun. phone – səs]

Səsin gurluğunun səviyyəsinin fiziki vahididir, təmiz ton üçün desibelə uyğun gəlir.

Ətraflı...
kritik diapazon

Eşidilən tezliklər oblastını bir neçə kritik diapazona bölürlər (adətən, 24 kritik diapazona), onlar daha yüksək tezliklər üçün qulağın həssaslığının aşağı düşməsini bildirir. Kritik diapazonları tezliyə oxşar olaraq, səsin daha bir xarakteristikası kimi qəbul etmək olar. Lakin eşitmə orqanlarından asılı olmayan tezlikdən fərqli olaraq, kritik diapazonlar eşitmə qavrayışına uyğun olaraq müəyyən edilir. Nəticədə, onlar tezlik qavrayışının mü

Ətraflı...
nitq səsləri

Şifahi məlumatın elementləridir, danışanın əhval-ruhiyyəsini, onun haqqında danışdığına, həmsöhbətinə, auditoriyaya və s. münasibətini ifadə edən səs əlamətlərindən ibarətdir.

Ətraflı...
reverberasiya

Dəfələrlə əks olunması zamanı səsin intensivliyinin tədricən azalması prosesi. Reverberasiya hadisəsi bir səs mənbəyindən olan müxtəlif exo-siqnalların superpozisiyasından ibarətdir. Bəzən reverberatorların köməyi ilə bu effektin imitasiyasına da reverberasiya deyirlər. Nitqin, musiqinin yazılması, müxtəlif küy effektlərinin yaradılması zamanı süni reverberasiyanın istifadə edilməsi audiosiqnalların ümumi

Ətraflı...
siqnal

(latınca sign – işarə)

Geniş mənada “siqnal” məsafəyə ötürülən informasiyanın maddi daşıyıcısını bildirir. Dar mənada “siqnal” termini informasiya sistemində məlumatı ötürmək üçün məxsusi yaradılmış informasiya maddi daşıyıcısıdır. Siqnal parametrləri ötürülən məlumata uyğun olaraq dəyişən istənilən fiziki proses ola bilər. Determinik və ya təsadüfi siqnalın riyazi modeli siqnalın param

Ətraflı...
səs

Yayılan mexaniki dalğalardır (yayılma mühiti havadır). İnsanın qavradığı sәs rәqslәrinin tezlik diapazonu 20-20 000 Hs tәşkil edir. Tezliyi 20-20 000 Hs olan akustik dalğalar səs dalğaları, 20 Hs-dən kiçik olanlar – infrasəs, 20 000 Hs-dən böyük olanlar ultrasəs dalğalar adlanır. Nitqin tezlik diapazonu daha kiçikdir və 300-4 000 Hs tәşkil edir. Tezlik diapazonunu 300-2 400 Hs-ә qәdәr sıxdıqda da

Ətraflı...
Cəm : 14
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.