səsin gurluğu

Səsin gücünün subyektiv gavranılmasıdır (eşitmə hissinin mütləq ölçüsüdür). Gurluq əsasən səsin təzyiqindən və səs dalğalarının tezliyindən asılıdır. Səsin gurluğuna onun spektral tərkibi, fəzada lokallaşması, tembr, səs dalğalarının təsirinin müddəti və başqa amillər də təsir edir.

Ətraflı...
səsin intensivliyi (səsin gücü)

Səs dalğasının dalğanın yayılması istiqamətinə perpendikulyar və sahəsi vahid olan səthdən vahid zamanda daşıdığı enerjidir. Rəqslərin amplitudu və rəqs edən cismin sahəsi artdıqda səsin intensivliyi artır.

Ətraflı...
səsin yüksəkliyi

Səsin qulağa təsiri ilə müəyyən edilir, subyektiv qiymətləndirilir. Qulağa gələn enerji axını nə qədər böyükdürsə, yüksəklik o qədər böyükdür. Səsin yüksəkliyini ölçmək üçün səsin intensivliyi əlverişlidir. Səsin yüksəkliyi desibel (dB) ilə ifadə edilir. Məsələn, yarpaqların xışıltısı 10 dB, pıçıltı 20 dB, küçədəki səs-küy 70 dB, ağrı yaradan hədd 120 dB, ölümcül səvi

Ətraflı...
Cəm : 14
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.