Çötkə, abak

qədim yunanlarda və romalılarda zolaqlara ayrılmış lövhə şəklində hesablama aləti. Hesablama zamanı kiçik daşlar, yaxud çubuqlar ədədlərin mərtəbələrini bildirən zolaqlar boyunca hərəkət etdirilirdi. 

Ətraflı...
Darlinqton sxemi (dövrəsi)

bir modulda quraşdırılmış iki tranzistordan ibarət olan gücləndirici sxem. Bəzən Darlinqton cütlüyü (darlington pair) də adlandırılır. Bu iki tranzistorun kollektorları bir-biri ilə birləşdirilib, birinci tranzistorun emitteri isə ikincinin bazasına qoşu

Ətraflı...
demontaj

diskin, yaxud lentin aktiv istifadədən çıxarılması. Bu termin böyük maşınlarda informasiyanı saxlamaq üçün istifadə olunan maqnit lent çarxlarının quraşdırılması və çıxarılması praktikasından yaranıb. Bax: mount.

Ətraflı...
dempferləmə, söndürmə

 sxemin və ya qurğunun cavab siqnallarının sıçrayışlarının (müəyyən olunmuş həddi keçmələrinin) qarşısının alınması üsulu. Məsələn, gücləndiricinin sxeminə elə elementlər qoşula bilər ki, çıxış siqnalını azaltmaqla, ona böhran həddini keçməyə imkan verməsin.

Ətraflı...
e-biznes

geniş anlamda: elektron formada həyata keçirilən biznes fəaliyyətinin bütün formaları; məsələn: elektron ticarət (e-commerce, yaxud e-trade), o cümlədən mobil rabitə vasitələrindən istifadə edilməklə aparılan ticarət (m-commerce), elektron konsaltinq (e-consulting), elektron nəşriyyat (e-publishing house) və s.

Ətraflı...
e-pul

nağd pulu elektron təmsil edən smart-kart. Belə smart-kart nağd pulla aparılan əməliyyatları səlahiyyətli etmək üçün bütün zəruri informasiyanı özündə saxlayır və kiçik məişət hesablaşmalarında (məsələn, şəhər nəqliyyatında gediş haqqının ödənilməsində, qəzet alınmasında və s.) istifadə olunur. Sin: e-money; Bax: e-shop, e-business, e-commerce.

Ətraflı...
elektron kitab, e-kitab

1. Kağızda deyil, elektron formada (onlayn, yaxud CD-ROM və ya ona bənzər elektron daşıyıcıda) yayılan kitab. E-kitab müxtəlif növ kompüterlərdə: masaüstü, noutbuk, cib və s. kompüterlərdə xüsusi proqram təminatı (məsələn,

Ətraflı...
exo, əks-səda

1. Rabitə sistemlərində: göndərilmiş siqnalın hiss olunacaq intensivliklə mənbəyə qayıtması. Yayılma mühitində maneələrdən əks olunan dalğa. Çox zaman verilmiş siqnala nisbətən desibel’lə (db) ölçülür. Bax: echo cancellation, echoplex.

2.Klaviaturanın

Ətraflı...
Fon emalı

əsas (öncəlikli) məsələnin emalı zamanı yaranan qısamüddətli fasilələrdə bəzi əməliyyatların yerinə yetirilməsi. Fon emalına misal olaraq sənədin çapı əməliyyatını göstərmək olar. Bax: background.

Ətraflı...
Cəm : 68
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.