fon proqramı

fon rejimində yerinə yetirilən, yaxud yerinə yetirilə bilən proqram. Bax: background.

Ətraflı...
Fon uğultusu

rabitə xəttinə və ya kanalına düşən hər hansı kənar siqnal. Bax: noise.

Ətraflı...
fon, arxa plan

1. Ekranda: üzərində simvolların təsvir olunduğu rəng; məsələn, ağ fonda qara simvollar. Tut: foreground (1).

2.İstifadəçinin birdəfəyə bir neçə proqram və ya sənədlə işləyə biləcəyi sistemdə: verilmiş anda açıq

Ətraflı...
geri çağırış modemi

gələn çağırışa cavab vermək əvəzinə, çağıran abonentin kod yığmasını və “otboy” verməsini tələb edən, bununla da çağırışı geriyə qaytarmaq imkanı verən modem növü. Sonra modem çağıran abonentin kodunu mövcud telefon nömrələrinin siyahısına görə yoxlayır. Əgər alınmış kod qeydiyyatda olan hər hansı nömrəyə uyğun gəlirsə, modem həmin nömrəni yığır və

Ətraflı...
Geri düyməsi

veb-brauzer proqramlarında əvvəl baxılmış səhifəyə qayıtmaq üçün nəzərdə tutulmuş qrafik düymə.

Ətraflı...
geridönmələrlə izləmə

ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. Bax: prolog.

Ətraflı...
gözlədici proqram

UNIX-sistemlərində: istifadəçinin sorğusu olmadan və hətta ondan xəbərsiz xidməti funksiyanı yerinə yetirmək üçün istifadə olunan proqram. Gözlədici proqram fon rejimində olur və yalnız zərurət olduqda (məsələn, xətanın düzəldilməsinə yardım etmək üçün) aktivləşir.

Ətraflı...
kabel

qoruyucu borucuğa salınmış naqillər dəstəsi; periferiya (çevrəsəl) qurğuları (məsələn, siçan, klaviatura, printer) kompüterlə birləşdirmək üçün istifadə olunur. Kompüter kabelləri müxtəlif ölçülü olur və sistemin bu və ya digər komponentinə çoxlu sayda dəyirmi (girdə) və ya uzadılmış formalı bağlayıcılar (konnektorlar) vasitəsilə qoşulurla

Ətraflı...
kabel bağlayıcısı (konnektoru)

kabelin hər iki başında olan bağlayıcı. Bax: db connector, din connector, rs-232-c standard, rs-422/423/449.

Ətraflı...
kabel modemi

kompüteri onlayn xidmət göstərən kabel TV-sistemi ilə birləşdirmək üçün istifadə olunan modem. Adi telefon modemindən verilənləri daha sürətlə ötürməsinə görə fərqlənir (500 Kbit/san-dən 10 Mbit/san-dək), ancaq gerçək ötürülmə sürəti həmin kabeldə paralel işləyən istifadəçilərin sayından asılı olur. Bax: modem.

Ətraflı...
Cəm : 68
Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.