AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ YANINDA

TERMİNOLOGİYA KOMİSSİYASI AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR

KABİNETİ yanında TERMİNOLOGİYA

KOMİSSİYASININ YENİ TƏRKİBİ haqqında

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamının 5-ci hissəsinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının bazası əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılmışdır. Terminologiya Komissiyasının fəaliyyətinin təşkili üçün Əsasnamədə müəyyənləşdirildiyi kimi ayrı-ayrı sahələr üzrə terminoloji lüğətlərin müzakirəsini təşkil etmək üçün bölmələrin tərkibinə yenidən baxmaq zərurəti yaranır. Bununla əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni bölmələrinin tərkibi təsdiq edilsin.
2. Terminologiya Komissiyasına (sədr müavini, filologiya üzrə elmlər doktoru Sayalı Sadıqova) tapşırılsın ki, qərarın icrasından irəli gələn məsələləri həll etsin.
3. Komissiyanın 24 iyun 2009-cu il tarixli 14/12 №–li qərarı qüvvədən düşmüş hesab edilsin.
4. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilsin.

AMEA-nın prezidenti akademik Akif Əlizadə

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli

Terminologiya Komissiyasının sədr müavini, filologiya üzrə elmlər doktoru Sayalı Sadıqova

AMEA Rəyasət Heyəti aparatının hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.