1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” adlı ensiklopedik soraq kitabının birinci cildi işıq üzü görüb
May 25, 2018 | 01:06 /
Oxunub ( 1375 )

“1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” adlı ensiklopedik soraq kitabının birinci cildi işıq üzü görüb

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin həmmüəllifi olduğu “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının 1-ci cildi işıq üzü görüb.

“Təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.

Nəşrdə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ali təhsilli bütün müsəlman dövlət adamlarının sənədli tərcümeyi-halı toplu şəklində ictimaiyyətə təqdim edilir.

Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 ali təhsillimiz olub. Bu kitab həmin iddianın puç və yalan olduğunu ifşa edir. Nəşr müəlliflərin Bakıdan başqa, Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallinn, Tiflis kimi şəhərlərin mərkəzi arxivlərində apardıqları araşdırmalar və əldə etdikləri sənədlər, tarixi faktlar əsasında qələmə alınıb.

Birinci cilddə soyadları “A” hərfi ilə başlanan 77 soydaşımız haqqında məlumat verilir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.