Azərbaycanca-türkcə izahlı dilçilik terminləri lüğəti
Fev 10, 2021 | 11:43 /
Oxunub ( 920 )

Filologiya elmləri doktoru, professor Sayalı Sadıqova və filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Həsənli-Qəribovanın həmmüəllifliyi ilə “Azərbaycanca-türkcə izahlı dilçilik terminləri lüğəti” nəşr olunub. Lüğətdə fonetika, leksikologiya, morfologiya, üslubiyyat, nitq mədəniyyəti, onomastika və dilçiliyin digər sahələrində daha çox işlənən 1800 terminin Azərbaycanca-türkcə qarşılığı müəyyənləşdirilib və izahı verilib. “Azərbaycanca-türkcə izahlı dilçilik terminləri lüğəti” ilk dəfə tərtib olunub. Lüğətin tərtibi zamanı dilçilikdə işlənən müxtəlif terminlər toplanıb, mənşəyi, mənbə dildəki mənası, əsas sözün mənası izah edilib. Lüğətin məqsədinə uyğun olaraq terminlərin izahında dəqiq, sadə izahlara üstünlük verilib.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.