Azərbaycanca: A5
İzahı:

GSM (Group Special Mobile) standartlı mobil rabitə şəbəkələrində mobil terminal ilə baza stansiyası arasında ötürülən trafikin mühafizəsi üçün istifadə edilən axın şifri üçün Avropa standartıdır. Kriptoqrafik açarın uzunluğu 64 bitdir. Kriptoqrafik məhsulların ixracına olan məhdudiyyətlərə görə A5/1 və A5/2 (zəiflədilmiş) kimi iki variantı mövcuddur.

English: A5

Mənbə:

Y.N. İmamverdiyev. “İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti”. Bakı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2015, 160 səh.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.