Azərbaycanca: ad günü hücumu
İzahı:

Heş-funksiyaların kriptoqrafik analizi metodu. Hücum öz adını "ad günü paradoksu"ndan almışdır; müəyyən qrupda iki və ya daha çox insanın ad gününün eyni günə düşməsi ehtimalını hesablamaqdan ibarətdir. Heş-funksiyanın üst-üstə düşən qiymətlərinin hesablanması üçün istifadə edilir.

English: birthday attack

Mənbə:

Y.N. İmamverdiyev. “İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti”. Bakı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2015, 160 səh.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.