Azərbaycanca: kritik diapazon
İzahı:

Eşidilən tezliklər oblastını bir neçə kritik diapazona bölürlər (adətən, 24 kritik diapazona), onlar daha yüksək tezliklər üçün qulağın həssaslığının aşağı düşməsini bildirir. Kritik diapazonları tezliyə oxşar olaraq, səsin daha bir xarakteristikası kimi qəbul etmək olar. Lakin eşitmə orqanlarından asılı olmayan tezlikdən fərqli olaraq, kritik diapazonlar eşitmə qavrayışına uyğun olaraq müəyyən edilir. Nəticədə, onlar tezlik qavrayışının müəyyən ölçülərini formalaşdırırlar, onlar üçün ölçü vahidləri, məsələn, melbark daxil edilir.

Русский: критический диапазон
English: critical band

Mənbə:

Y.N. İmamverdiyev, L.V. Suxostat. “Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti”. Bakı,  “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2015, 112 səh.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.