Azərbaycanca: A* alqoritmi
İzahı:

("А ulduz" kimi tələffüz olunur). Həllər qrafında ən yaxşı yolun evristik axtarışı üçün alqoritm. Qrafın hər bir n təpəsi üçün F(n) = B(n) + E(n) şəklində qiymətləndirmə funksiyası tətbiq olunur (burada B(n)E(n) uyğun olaraq başlanğıc və son nöqtədən məsafəni qiymətləndirmə funksiyasıdır). F(n) funksiyasının ən kiçik qiyməti başlanğıc nöqtədən son nöqtəyədək (məqsədə) ən qısa yola uyğun olur.

A* alqoritmi ilk dəfə 1968-ci ildə Piter Hart (Peter Hart), Nils Nilson (Nils Nilsson) və Bertram Rafael (Bertram Raphael) tərəfindən təsvir olunub. Bu alqoritm əslində 1959-cu ildə yaradılmış Deykstra alqoritminin (dijkstra's algorithm) genişlənməsidir. O, evristikanın köməyilə daha yüksək məhsuldarlığa (zamana görə) nail olmağa imkan verir. Bax: decision space, heuristic search, search.

Русский: A* алгоритм
English: A* search
Türkçe: A* algoritması

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.