Azərbaycanca: ABC
İzahı:

ilk elektron hesablama maşını. XX yüzilin 40-cı illərinin başlanğıcında Ayova ştatının universitetində (ABŞ) professor Con Atanasov (John Atanasoff) və tələbə Klifford Berri (Clifford Berry) tərəfindən yaradılmış ABC kompüteri xətti cəbri tənliklər sisteminin həlli üçün nəzərdə tutulmuşdu. Uzun müddət, 1960-cı illərdə ilk elektron kompüterin yaranması ilə bağlı mübahisələr qızışanadək C.Atanasovun və K.Berrinin bu işi geniş məlum deyildi. O zaman müəyyən olundu ki, çağdaş anlamda ilk kompüter ENIAC olub, ancaq 1973-cü ildə ABŞ-ın Federal rayon məhkəməsi ENIAC-ın patentini geri çağırmaq və ABC-nin ilk “kompüter” olmasını təsdiq etmək haqqında qərar qəbul etdi. Bax: eniac.

English: ABC Atanasoff-Berry Computer

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.