Azərbaycanca: exo, əks-səda
İzahı:
1. Rabitə sistemlərində: göndərilmiş siqnalın hiss olunacaq intensivliklə mənbəyə qayıtması. Yayılma mühitində maneələrdən əks olunan dalğa. Çox zaman verilmiş siqnala nisbətən desibel’lə (db) ölçülür. Bax: echo cancellation, echoplex.
2.Klaviaturanın basılan klavişinə uyğun simvolun displeyin ekranında əks olunması.
Русский: эхо, отражение
English: echo
Türkçe: yankı
Mənbə:
İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.