Azərbaycanca: UNICODE
İzahı:
bütün milli əlifbaların simvollarını kodlaşdırmaq üçün ISO 10646 standartı. Bu kodda hər bir simvolu göstərmək üçün 16-bitlik (2-baytlıq) bənzərsiz kombinasiyadan istifadə olunur. Standartları təsdiq edilməsi ilə Unicode konsorsiumu məşğul olur.
Yunikod’da simvolları kodlaşdırmaq üçün 1 112 064 (= 220 + 216 − 211) yer ayrılıb ki, hazırda onlardan 100 mindən çoxu istifadə olunur. Kod fəzası hər birində 65 536 (= 216) simvol olmaqla 17 “müstəviyə” bölünüb:
- 0 müstəvisi (0000–FFFF): Təməl çoxdilli müstəvi (Basic Multilingual Plane, BMP)
- 1 müstəvisi (10000–1FFFF): Əlavə çoxdilli müstəvi (Supplementary Multilingual Plane, SMP)
English: UNICODE
Mənbə:
İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.