Azərbaycanca: maqnit lenti
İzahı:

üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Bax: cassette tape.

Русский: tape
English: tape
Türkçe: manyetik bant

Mənbə:

 İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.