Azərbaycanca: abstraksiya
İzahı:

[lat. abstraction – mücərrədləşmə, abstractio – ayırma, abstrakctia – fikrən ayrılma, təcridetmə]

1. Elmi-tədqiqat metodu;

2. İdrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərin ümumiləşdirilməsi;

3. Abstrakt təsəvvür: əşyanın, hadisənin əsas əlamətlərinin aşkar edilməsi, mücərrəd fikir və anlayış, nəzəri, elmi ümumiləşdirmə;

4. Təcrid;

5. İnsan təfəkkürünün abstraktlaşma fəaliyyəti nəticəsində hasil olan mücərrəd məfhum, yaxud ümumi nəzəri nəticə. Məsələn, elmi abstraksiya.

Русский: абстракция

Mənbə:

R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”. Бakı, “İnformasiya Texnologiyaları”, 2009, 201 s.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.